Ağır qəzada həlak olanların hamısı polis əməkdaşı imiş - YENİLƏNİB - VİDEO - FOTOlar
10:22 Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Milli.Az report.az-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib. 08:55 Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, rayon sakininin idarə etdiyi "BMW" markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir. Milli.Az

Şərh verin