“Qarabağ” dünya reytinqində irəlilədi
Dünya klublarının reytinq cədvəli yenilənib. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycan klublarından “Qarabağ” ən yüksək göstəriciyə malik olmaqda davam edir. Ağdam təmsilçisi son cədvəllə müqayisədə bir pillə irəliləyərək 181-ci yerə yüksəlib. “Qarabağ”la yanaşı, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Şamaxı”, “İmişli” və “Karvan-Yevlax”da da irəliləyiş müşahidə olunub. Xüsusən də yevlaxlılar 156 pilləlik sıçrayışla diqqət çəkiblər. Digər debütant “İmişli” isə 88 komandanı qabaqlayıb. “Zirə” reytinqdə əvvəlki mövqeyində qalıbsa, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” geriləyib. Gəncəlilər düz 127 addımlıq geriləmə ilə yadda qalıb. 181 (1). “Qarabağ” – 80,8 xal 288 (20). “Sabah” – 79,1 544 (0). “Zirə” – 75,6 659 (6). “Turan Tovuz” – 74,3 666 (17). “Neftçi” – 74,2 1000 (-60). “Araz-Naxçıvan” – 71,4 1275 (70). “Şamaxı” – 69,4 1393 (88). “İmişli” – 68,6 1583 (-22). “Sumqayıt” – 67,6 1672 (-87). “Qəbələ” – 67,2 2077 (-127). “Kəpəz” – 65,4 2535 (156). “Karvan-Yevlax” – 63,6

Şərh verin