Cüdo millimizin AÇ üçün son heyəti bəlli oldu
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub. “Qafqazinfo” xəbər verir ki, mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) mübarizə aparacaq. Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq. Kişilər 60 kq Balabəy Ağayev Əhməd Yusifov 66 kq Turan Bayramov 73 kq Hidayət Heydərov 81 kq Zelim Tçkayev Ömər Rəcəbli 90 kq Murad Fətiyev 100 kq Zelim Kotsoyev +100 kq Kənan Nəsibov Qadınlar 48 kq Könül Əliyeva Şəfəq Həmidova 52 kq Leyla Əliyeva Gültac Məmmədəliyeva 70 kq Südabə Ağayeva +78 kq Madina Kaisinova

Şərh verin