Yasamaldakı yanğın söndürüldü — Video - Yenilənib
Paytaxtın Yasamal rayonu ərazisində güclü yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, Nəriman Nərimanov prospektinin yaxınlığında - “Sovetski” adlanan ərazidə açıq alovla müşayiət edilən yanğın müşahidə olunur. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Əlavə məlumat veriləcək. *** FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

Şərh verin