“Qarabağ” uduzdu, ara qızışdı — Video
Məlum olduğu kimi, futbol üzrə Azərbaycan Kubokunda ikinci finala yüksələn komanda “Sabah” olub. “Qafqazinfo” xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə “Qarabağ”ı qəbul edən Masazır təmsilçiləri 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun final fiti səslənərkən hakimin qərarından narazı qalan “Qarabağ”ın oyunçusu Marko Yankoviçin aqressiv davranışları diqqətlərdən yayınmayıb. Toral Bayramov, Coni Montiel də hakimə hücum çəkiblər.

Şərh verin