Ağstafada ağır QƏZA - Xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" ilə digər avtomobil toqquşub. Qəza zamanı 1970-ci il təvəllüdlü Çingiz Mustafayev,1980-ci il təvəllüdlü Elmar Rəhimov və Abidin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./qafqazinfo Milli.Az