Məhbus həbsxanada qəfil öldü

Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində məhbus ölüb. “Qafqazinfo” xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Elşad Məmmədhənifə oğlu Cabbarov qəfil vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib. Qeyd edək ki, E.Cabbarov Cinayət Məcəlləsinin 234-cü və 237-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək məhkum edilibmiş. Araşdırma aparılır.