Paytaxtın üç küçəsi 2 sutkadan çox bağlı olacaq — Siyahı

Həftəsonu paytaxtın daha 3 ünvanında rahat gediş-gəliş üçün təmir aparılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Sözügedən ünvanlar aşağıdakılardır: 1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası); 2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası); 3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində). Bildirilib ki, təmir işlərinə aprelin 24-ü saat 23:00-da başlanılacaq və aprelin 26-sı saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. “Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq. Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq. Xəbəri rus dilində oxuyun: Три столичные улицы перекроют более чем на двое суток Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, - məlumatda bildirilib.