“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim II liqaya göndərildi
2-ci Liqada 24-cü turun hakim təyinatları açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Misli Premyer Liqasının 28-ci turunda “Zirə” – “Neftçi” matçında verdiyi səhv qərarla yadda İnqilab Məmmədov da 2-ci liqa matçına təyinat alıb. Referi matçın son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı. O, “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun baş hakimi olacaq. 26 aprel (bazar) “Ağstafa Gəncləri” – “Kür-Araz” Hakimlər: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov; Ağstafa şəhər stadionu, 16:30. “Dinamo” – “Şirvan” Hakimlər: Pərviz İbrahimov, İlkin Mustafazadə, Vüsal Xəlilzadə, Nəriman Ağayev; Binə qəsəbə stadionu, 16:30. 27 aprel (bazar ertəsi) “Araz Saatlı” – “Göygöl” Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Samir Musayev; Saatlı OİK stadionu, 16:00. “Sheki City” – “Ağdaş” Hakimlər: Maqsud Şamıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Sərxan İsmayılov; Zaqatala OİK stadionu, 16:30. 28 aprel (çərşənbə axşamı) “Xankəndi” – “Qaradağ Lökbatan” Hakimlər: İnqilab Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Kamil Aydınov; Şamaxı OİK stadionu, 16:00. “Şəmkir” – “Quba” Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əhməd Əhmədsoy, Vüqar Alıyev; Şəmkir OİK Stadionu, 16:30.

Şərh verin