ABŞ-də dərmanlar ucuzlaşacaq, digər ölkələrdə bahalaşa bilər
ABŞ Prezidenti Donald Tramp ölkəsində dərman qiymətlərinin aşağı salınmasını istəyir. “Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik danışıb. O qeyd edib ki, prezidentin bu istəyi hökuməti digər ölkələrdə qiymətləri artırmağa məcbur edəcək. Nazirin sözlərinə görə, Trampın sözügedən addımı ABŞ-ni dərman istehsalçıları üçün “Ən əlverişli qiymət ölkəsi” kimi inandırmağa yönəlib.

Şərh verin