Xəzərdə zəlzələ oldu - YENİLƏNİB
Xəzər dənizində baş verən zəlzələnin maqnitudası yenilənib. Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Yerli vaxtla saat 21:09-da qeydə alınan zələzələnin maqnitudası 4,3 olub. Daha əvvəl maqnitudanın 4,2 olduğu açıqlanmışdı. ----------- Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 21:09-da qeydə alınan zəlzələnin maqnitudası 4,2 olub. Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib. Milli.Az

Şərh verin