"Fənərbağça" çempion ola bilmədi

Türkiyə Superliqasında İstanbul derbisi "Qalatasaray"ın inamlı qələbəsi ilə başa çatıb. Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" öz meydanında "Fənərbağça"nı 3:0 hesabı ilə məğlub edib. Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb. Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib. "Fənərbağça" isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb. Milli.Az