İki qardaş toyda bıçaqlandı
Göygöldə toyda iki qardaş bıçaqlanıb. Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır. Milli.Az

Şərh verin