Şəkidə ağır qəza - xəsarət alanlar var
Şəki şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az -ın məlumatına görə, hadisə bu gün saat 19 radələrində qeydə alınıb. Belə ki, "Daewoo" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Daewoo"nun sürücüsü, 1971-ci il təvəllüdlü Şamxal Əhmədov və "Hyundai"da olan sərnişin, 1993-cü il təvəllüdlü Nərgiz Əbdülova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin