"Zirə" "Qəbələ"ni məğlub edib

Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib. Milli.Az-ın məlumatına görə, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 78-ci dəqiqədə Martins Junior fərqlənib. Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır. Günün ilk matçında "Sabah" "Şamaxı"nı üç cavabsız qolla üstələyib. Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib. Milli.Az