Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Türkiyənin Malatya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, sərnişin avtobusunun dərəyə aşması nəticəsində çoxlu sayda insan həyatını itirib. Hadisə Malatya-Adıyaman magistralında qeydə alınıb. İlkin məlumatlara görə, hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb. Dəhşətli qəza nəticəsində 4 nəfər hadisə yerindəcə dünyasını dəyişib, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, xilasedicilər və jandarma qüvvələri cəlb olunub. Milli.Az

Şərh verin