Qızı Əməkdar artisti sevindirdi
Əməkdar artist Elnur Kərimov sevincini izləyiciləri ilə bölüşüb. Milli.Az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında qızı Aylinlə bağlı paylaşım edib. O bildirib ki, 9-cu sinifdə təhsil alan Aylin buraxılış imtahanlarında 249 bal toplayaraq arzuladığı məktəbə qəbul olub. Elnur Kərimov paylaşımında qızını bu uğuru münasibətilə təbrik edib: "Qızım imtahanlarında yüksək nəticə göstərərək, Azarbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasına daxil olub". Milli.Az

Şərh verin