Azərbaycanda dəhşətli qətl baş verdi
Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib. Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb. Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da həyatını itirib. Məlumata görə, hadisəni törədən Rövşən Məmmədov daha sonra qəsd edib. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin