170 mindən çox şəxsin sosial müavinəti ilə bağlı qərar verildi - RƏSMİ

Bu ilin aprel ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb. Milli.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondu (DSMF) yayıb. Bildirilib ki, 2026-cı ilin aprel ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 173 min 809 nəfər olub. Qeyd edilib ki, həmin şəxslərin 61,7 faizini qadınlar, 38,3 faizini isə kişilər təşkil edib. Milli.Az