"Həftədə 3 dəfə basketbol oynayıram" - Ərdoğan - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də aktiv idmanla məşğul olduğunu bildirib. Milli.Az xəbər verir ki, o, bu barədə 19 may- gənclik və idman bayramında gənclərlə görüşündə danışıb. Ərdoğan həftədə 3 dəfə basketbol oynadığını və həmin gün tədbirə gəlmədən əvvəl - oyunda 68 xal topladığını deyib. Ərdoğan gənclərə də idmandan uzaqlaşmamağı tövsiyə edib. Milli.Az