Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
Keçmiş "Formula-1" pilotu Ralf Şumaxer partnyoru Etyen Buske-Kassanye ilə nikaha daxil olub. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün nikah mərasimi Fransanın məşhur Sen-Trope kurort şəhərində baş tutub. 50 yaşlı Şumaxer və 36 yaşlı Etyenin toyu genişmiqyaslı media layihəsinin kulminasiyasına çevrilib. Belə ki, mərasimdə "Sky" və "Wow" telekanallarının çəkiliş qrupları iştirak edib. Məlumata görə, toy mərasimi Avropanın televiziya kanallarında yayımlanan "Ralf və Etyen: Biz "Hə" deyirik" (Ralf & Etienne: Wir sagen Ja) adlı 4 hissəli yeni sənədli serialın final bölümü olacaq. Qeyd edək ki, R.Şumaxer əfsanəvi "Formula-1" pilotu, 7 qat dünya çempionu Mixael Şumaxerin kiçik qardaşıdır. O, 1997-2007-ci illərdə "Formula-1" yarışlarında iştirak edib. Avtomobil idmanı yarışlarında karyerasını 2012-ci ildə başa vurub. Ralf Şumaxer 2001-2014-cü illərdə Kora-Koralin Şumaxer ilə evli olub. Bu nikahdan cütlüyün David adlı oğulları var. O, 2024-cü ilin yayında Buske-Kassanye ilə münasibətdə olduğunu açıqlamışdı. Bu ilin fevralında isə o, partnyoru ilə nişanlandığını elan edib. Milli.Az

Şərh verin