Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı

Marneuli Meriyası, şəhərdə yerləşən XII əsr şairi və mütəfəkkiri, Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin abidəsinə zərər vurulması faktını qınayıb. Milli.Az xəbər verir ki, bu barədə Marneuli Meriyasının rəsmi "Facebook" səhifəsində bəyanat yayılıb. Bəyanatda qeyd olunur ki, mədəni və ictimai əhəmiyyət kəsb edən obyektlərə qarşı bu cür münasibət qəbuledilməzdir. Bildirilib ki, məsələ ilə bağlı bələdiyyə öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcək. Eyni zamanda, vətəndaşlara ictimai məkanlara və mədəni dəyərlərə həssas yanaşmaq çağırışı edilib. Vurğulanıb ki, bu cür abidələrin qorunması və mühafizəsi hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. (Tezadlar.az) Milli.Az