Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
İran öz öhdəliklərini yerinə yetirib və müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb. Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb. "Bizim tərəfimizdən bütün yollar açıq qalır", - o, bildirib və əlavə edib ki, İranı təzyiq vasitəsilə təslim olmağa məcbur etmək illüziyadan başqa bir şey deyil. Pezeşkianın sözlərinə görə, diplomatiyada qarşılıqlı hörmət müharibədən təhlükəsiz və davamlıdır. Milli.Az

Şərh verin