Haluk Levent xəstəxanaya yerləşdirildi

Türkiyəli məşhur müğənni Haluk Levent xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” Türkiyə KİV-ə istindən xəbər verir ki, müğənninin mədə qanaxması keçirdiyi bildirilir. O, hazırda reanimasiya şöbəsində müalicə alır. Məlumata görə, müğənni Eskişehirdəki konsertindən sonra AFAD (Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi) ilə görüşə gedirmiş.