1-ci liqanı tərk edən komanda bəlli oldu
Bu gün Azərbaycan 1-ci liqasında mövsümün sonuncu - 27-ci turuna start verilib. Milli.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Bu matçlardan sonra yarışı tərk edəcək və turnirdə qalmaq uğrunda pley-off oynayacaq komandalar bəlli olub. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Şimal" "Cəbrayıl"la qarşılıb. Xaçmaz təmsilçisi bu görüşdə qalib gələrək xallarının sayını 20-yə çatdırıb və 9-cu sıraya yüksəlib. Beləliklə, çempionatda mübarizə şansını qoruyub. Digər görüşdə isə 9-cu sırada qərarlaşan "Difai" MOİK-in qonağı olub. "Difai" bu oyunda məğlub olaraq 10-cu pilləyə yuvarlanıb və liqanı tərk edib. Xatırladaq ki, reqlamentə əsasən 1-ci liqanı tərk edən komanda yeni mövsümdən 2-ci liqada mübarizə aparır. 9-cu yerin sahibi isə 2-ci liqada mövsümü 2-ci yerdə tamamlayan komanda ilə pley-off oyunları keçirir. 21 may (cümə axşamı) Azərbaycan I Liqası 27-ci tur 17:00. "Cəbrayıl" - "Şimal" - 2:3 Qollar: D.Açimi, 29, 54 // N.Osmanov, 55, N.Şixamirov, 64, 77 Şamaxı OİK stadionu 17:00. MOİK - "Difai" - 4:0 Qollar: M.Baxşalı, 2, S.Yadom, 24, S.Fərəcov, 79, B.Soltanov, 89 Binə qəsəbə stadionu 22 may (cümə) 16:00. "Zaqatala" - "Şəfa" 17:00. "Şahdağ Qusar" - "Baku Sportinq" 17:00. "Mingəçevir" - "Səbail" (qol.az) Milli.Az

Şərh verin