"Qəbələ" "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqasında sonuncu - XXXIII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib. Milli.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. "Qəbələ"nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. "Şamaxı"nın qolunu isə Karim Rossi (15) vurub. Qəbələ kollektivi 27 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb. Tura mayın 24-də yekun vurulacaq. Milli.Az