Sabah şimşək və yağış gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulmalar müşahidə ediləcək və əsasən yağmursuz keçəcək. Günün birinci yarısında isə bəzi ərazilərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Milli.Az xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, səhər saatlarında yağışın nisbətən intensivləşəcəyi istisna edilmir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21°, gündüz isə 26-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm-ə yüksələcək, nisbi rütubət isə 65-75 % təşkil edəcək. Ölkənin rayonlarında da hava şəraiti qeyri-sabit keçəcək, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensivləşəcəyi, şimşək və dolu hadisələrinin qeydə alınacağı, xüsusilə dağlıq və dağətəyi zonalarda yağıntının güclənəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu rayonlarda gecə 18-21°, gündüz 28-32°, dağlıq ərazilərdə gecə 9-14°, gündüz isə 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.