Sərvəti 1 milyardı keçdi
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messinin sərvəti 1 milyard dolları ötüb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb. "Vergilərə, bazar şəraitinə, investisiya və sponsorluq gəlirlərinə uyğunlaşdıqdan sonra onun sərvəti 1 milyard dolları ötüb... Bu, onu idmanın ilk milyarderi olmuş əzəli rəqibi Kriştiano Ronaldo ilə bərabərləşdirir", - nəşr yazır. Milli.Az

Şərh verin