Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Milli.Az xəbər verir ki, məktubda deyilir: "Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu ifadə edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram. Zati-alinizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm". Milli.Az