Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb. Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib. Milli.Az