Elvin Cəfərquliyev milliyə çağırıldı

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Milli.Az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib. Komanda mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Milli Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır. Milli.Az