İşsiz kişilərin sayı qadınlardan daha çoxdur

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında 152 min 197 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Onların 73 min 423 nəfəri qadın, 78 min 774 nəfəri isə kişi olub. Milli.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Hesabata görə, 2024-cü ildə isə regional məşğulluq filiallarında 169 min 532 nəfər işsiz kimi qeydiyyata alınıb. Həmin şəxslərin 80 min 589 nəfərini qadınlar, 88 min 943 nəfərini isə kişilər təşkil edib. Qeyd edək ki, agentliyin regional məşğulluq filialları tərəfindən qeydiyyata alınan şəxslərdən 2025-ci ildə ümumilikdə 189 min 386 nəfər işlə təmin olunub. İşlə təmin edilənlərdən 69 min 461 nəfəri qadın olub. Milli.Az