Rusiyada sərnişin təyyarəsi nasazlıq səbəbindən geri qayıtdı

Rusiyanın Tümen şəhərindən Beloyarska istiqamətində uçan An-24 tipli sərnişin təyyarəsi mühərrik sistemində yaranan nasazlıq səbəbindən qalxdığı hava limanına geri dönərək məcburi eniş edib. Bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə Moskva vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə 08:00) baş verib. Təyyarə hava limanına təhlükəsiz şəkildə eniş edib və insident zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı nəqliyyat prokurorluğu araşdırmalara başlayıb. Yoxlama çərçivəsində uçuş təhlükəsizliyi qaydalarına əməl olunması, aviaşirkətin təyyarəyə texniki xidmət göstərməsi, uçuşqabağı hazırlığın düzgün aparılması və ekipajın fəaliyyəti hüquqi baxımdan qiymətləndiriləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)