“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim”

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb. “Qafqazinfo” xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mədinə Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb: “Mənim heç qızıl medalım yox idi. Həmişə istəmişəm ki, qızıl medalım olsun və onu atama həsr edib. Çünki o da bu bayraq altında şəhid olub. Mən də həmin bayrağı, himni Avropada tanıdıram”. Daha ətraflı videoda: