Paşinyan Ermənistanla bağlı planlarını açıqlayıb
Paşinyan Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb Ermənistan Baş naziri Nikol Paşinyan respublika ərazisindən tranzit qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb. Milli.Az report-a istinadən xəbər verir ki, o bunu seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə bəyan edib. "Ölkəmizin ərazisindən qaz kəməri keçəcək, biz bu tranzitə görə qaz alacağıq", - Ermənistan Baş naziri bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan artıq şərqdən qərbə dəmir yolu əlaqəsinə malikdir, həmçinin Axalkalaki - Qars dəmir yoluna çıxışı var. O həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb və yaxın zamanda TRIPP layihəsi ("Tramp marşrutu") fəaliyyətə başlayacaq. Milli.Az

Şərh verin