Premyer Liqanın son iştirakçısı bəlli olur
Bu gün Misli Premyer Liqasında növbəti mövsüm iştirak edəcək son komandanın adına aydınlıq gələcək. “Qafqazinfo” xəbər verir ki, pley-off oyununda “Qəbələ” və “Mingəçevir” qarşılaşacaq. “SOCAR Polymer Arena”da 18:30-da start götürəcək matçı FIFA referisi Tural Qurbanov idarə edəcək. Premyer Liqa Pley-off 18:30. “Qəbələ” - “Mingəçevir”

Şərh verin