Odlar Yurdunun cazı Skandinaviya işıqları altında... — Video
Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov Oslo şəhərində yerləşən "Konserthus" salonunda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir zamanı tanınmış musiqiçilər Tural Rafael və Ələfsər Rəhimovun rəhbərlik etdiyi caz kvartetinin konsertinin tam videosunu “X” sosial şəbəkə hesabında paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, diplomat paylaşımında "Odlar Yurdunun cazı Skandinaviya işıqları altında" sözlərini yazıb. Sözügedən paylaşımı təqdim edirik: “Jazz from the Land of Fire under Nordic Lights” Full video of the concert held at Oslo Konserthus on the occasion of ???????? Independence Day pic.twitter.com/VmDrdU6UpN — Zaur Ahmadov (@z_ahmadov) May 28, 2026

Şərh verin