Bakı səmasında nadir görüntü — Fotolar
Bu ayın ikinci tam ay olan “ Mavi Ay ” bu gecə ən kiçik ölçüdə görünəcək . “Qafqazinfo” xəbər verir ki, görüntülər tanınmış fotoqraf Aleksey Lyokin tərəfindən lentə alınıb. Qeyd edək ki, “Mavi Mikro-Ay” çılpaq gözlə asanlıqla müşahidə oluna bilən nadir astronomik səma hadisələrindən biridir. Astronomlar bildirirlər ki, “Mavi Ay” və “Mikro Ay” hadisələri ayrı-ayrılıqda müəyyən aralıqlarla baş versə də, onların eyni vaxta təsadüf etməsi olduqca nadir hadisədir. Növbəti “Mavi Ay”ın 2028-ci ildə, növbəti “Mikro Ay”ın isə gələn ay müşahidə ediləcəyi gözlənilir. Lakin hər iki hadisənin eyni vaxtda baş verməsi üçün 2053-cü ilə qədər gözləmək lazım gələcək.

Şərh verin