Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb. Milli.Az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən aparılan "korrupsiya" istintaqı çərçivəsində İzmirin Buca bələdiyyəsində əməliyyat keçirilib. Buca bələdiyyə sədri Görkem Duman da daxil olmaqla çoxsaylı şəxsin nəzarətə alındığı məlum olub. Dumanın evində axtarış aparılır. Daha 62 nəfər haqqında da həbs qərarı verilib. Milli.Az

Şərh verin