Röyanın müğənni xalası qızı ağır qəzaya düşdü - VİDEO

Müğənni Aygül Bayramova yol qəzası keçirməsi ilə gündəmə gəlib. Milli.Az xəbər verir ki, məlumata görə, sənətçi məclisdən qayıdarkən ağır yol-nəqliyyat hadisəsi ilə üzləşib. Qəza zamanı onun idarə etdiyi avtomobilə ciddi ziyan dəyib. Xalq artisti Röya Ayxanın xalası qızı olan ifaçının qəzadan sonra vəziyyəti izləyicilər tərəfindən maraqla qarşılanıb. Hadisə ilə bağlı yayılan məlumatlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçiyə dəstək mesajları yazaraq ona təsəlli veriblər. Musa Milli.Az