Azərbaycan millisi Avstriyaya yollandı — Fotolar

Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün Avtriyaya yollanıb. “Qafqazinfo” xəbər verir ki, mayın 29-da Bakıda bir araya gələn komanda toplanışı iyunun 10-dək  Avstriyanın Bad-Valtersdorf şəhərində davam etdiriləcək. Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.