Türkiyə 4 qolla qələbə qazandı — Video-Yenilənib
DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olacaq. İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda isə iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək. Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq. *** Matç başladı. *** Türkiyə hesabı açır. Orkun Kökçü 2-ci dəqiqədə fərqlənir. *** 16-cı dəqiqədə Can Yılmaz Uzun fərqi artırır. *** Fasilə. *** İkinci hissə başladı. *** 53-cü dəqiqədə Deniz Gül hesab arasındakı fərqi 3-ə qaldırır. *** 70-ci dəqiqədə Barış Alper Yılmaz komandasının dördüncü qoluna imza atır. *** Matç Türkiyənin 4:0 hesablı qələbəsi ilə başa çatır.

Şərh verin