“Atletiko Madrid”dən gedir
"Atletiko Madrid"in qapıçısı Yan Oblak mövsüm bitdikdən sonra klubdan ayrılmağı düşünür. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, 33 yaşlı qapıçı gələcəyi ilə bağlı qərarını özü verəcək - bu, tamamilə ondan asılıdır. Bu potensial gediş mövsümün sonunda "Atletiko"dan ayrılan komanda əfsanəsi Antuan Qrizmannla vidalaşan Madrid klubu üçün daha bir itki ola bilər. Oblak ayrılmaq qərarına gələrsə, "Atletiko" onun yolunda dayanmayacaq. Əgər o, qalmağı seçərsə, klub öz planları çərçivəsində inkişafını davam etdirməyə hazırdır. Sloveniyalı futbolçu 2014-cü ilin iyul ayında "Atletiko" ilə 13 milyon avroya müqavilə imzalayıb. O vaxtdan bəri o, Madrid klubunda 538 rəsmi oyunda iştirak edib. Milli.Az

Şərh verin