Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı
Əmtəə bazarlarında neftin qiyməti 97 dolları ötüb. Milli.Az xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib. Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dolları artaraq bir barel üçün 94,98 dollara yüksəlib. Londonun ICE birjasında avqust tədarüklü Brent markalı neftin qiyməti isə 1,14% və ya 1,09 ABŞ dolları artaraq 97,09 dollar təşkil edib. Qiymət artımına ABŞ-İran gərginliyinin yenidən yüksəlməsi, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin davam etməsi və investorların mümkün təklif məhdudiyyətləri ilə bağlı narahatlıqları təsir göstərib. Milli.Az

Şərh verin