Əməkdar artist lk dəfə nəvəsinin FOTOsunu paylaşdı
Əməkdar artist Mətanət İsgəndərli ailəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, müğənni ilk dəfə qızı Ülkərin övladı ilə çəkilmiş fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Şəklin sənətçinin bir neçə gün əvvəl baş tutan konserti zamanı çəkildiyi bildirilib. Mətanət İsgəndərli paylaşımında qızı və nəvəsinə olan sevgisini ifadə edərək onların həyatında xüsusi yer tutduğunu vurğulayıb. Sənətçinin səmimi sözləri izləyicilər tərəfindən maraqla qarşılanıb. Paylaşımda müğənninin qızı Ülkər və nəvəsi Tuana yer alıb. Fotolar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çoxsaylı bəyənmə və şərhlər toplayıb. Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı Engin bəylə ailə həyatı qurub və iki övlad anasıdır. Mətanət İsgəndərlinin Kərim adlı oğlu da var. Sənətçinin ailə səadətini əks etdirən paylaşımı pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. Musa Milli.Az

Şərh verin