Çəkiliş meydançasında xəstəxanalıq oldu — Foto

Türkiyəli müğənni Sinan Akçıl yeni layihəsinin çəkilişləri zamanı qəza keçirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “lnstagram” hesabında paylaşım edib. Onun sözlərinə görə, “Yaz bi şarkı” adlı layihənin çəkiliş meydançasında ayağına şüşə batıb. Akçıl bildirib ki, o, hadisədən sonra xəstəxanaya yerləşdirilib və ayağına 14 tikiş qoyulub. Məlumata görə, hazırda müğənninin vəziyyəti stabildir. Fatimə Şahverdiyeva