Hantavirus yayılan həmin gəmi yenidən açıq dənizə çıxır

Göyərtəsində ölümcül hantavirusun yayıldığı "MV Hondius" kruiz layneri tezliklə öz fəaliyyətini bərpa edəcək. Milli.Az xəbər verir ki, "Oceanwide Expeditions" şirkəti səfərlərə iyunun 13-dən etibarən başlamağı nəzərdə tutur. İlk ekspedisiya Şpitsbergenin Lonqyirbyen şəhərindən başlayaraq Nordeleyke Eyszee arxipelaqından keçəcək. Gəmi Rotterdam limanına çatdıqdan sonra əsaslı şəkildə dezinfeksiya olunub. Milli.Az