“Elə kişi ilə 1 gün də YAŞAMARAM”
Müğənni Aygün Şükürova qatıldığı "Öz aramızda" verilişində həyat yoldaşı Kənan MM haqqında açıqlamaları ilə diqqət çəkib. Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, həyat yoldaşında ən çox qiymətləndirdiyi xüsusiyyətlərdən biri onun ailədə maddi məsələlərə yanaşmasıdır. Aygün Şükürovanın sözlərinə görə, Kənan MM heç vaxt onun qazancına göz dikməyib və şəxsi gəlirinə müdaxilə etməyib. Müğənni hesab edir ki, ailədə kişinin öz məsuliyyətini daşıması vacibdir və bu xüsusiyyət onun üçün xüsusi əhəmiyyət kəsb edir. "Bu xüsusiyyəti çox bəyənirəm. Kişi belə olmalıdır. Qadının qazandığı pulla rahat şəkildə yaşayıb hər şeyi onun üzərinə buraxmağı düzgün hesab etmirəm", - deyə sənətçi bildirib. Şükürova əlavə edib ki, özü belə münasibəti qəbul etməz və heç bir qadına da bu cür ailə həyatı arzulamaz. Müğənninin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. İzləyicilər ailədə maddi məsuliyyət və həyat yoldaşları arasındakı münasibətlərlə bağlı fikirlərini bölüşüblər. Musa Milli.Az

Şərh verin