Tanınmş müğənnidən pərəstişkarlarına bəd xəbər - Konsertlərini bir-bir təxirə saldı

Türk sənət musiqisinin əfsanəvi simalarından olan Emel Sayın səhhətində yaranan problemlər səbəbindən qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan konsertlərini təxirə salıb. Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı sənətçi qısa müddət müalicə alacağını bildirib və narahatlığa əsas verəcək ciddi bir vəziyyətin olmadığını vurğulayıb. Məlumata görə, bu qərarın verilməsinə səbəb vertiqo (başgicəllənmə) problemi olub. Sənətçi sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, qısa müddətlik müalicəyə ehtiyacı var və bu səbəbdən planlaşdırılan çıxışlarını ertələmək qərarına gəlib. Milli.Az