Bir gündə 7 bağlı cinayət də açıldı

İyunun 4-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 176, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb. Milli.Az